Ölkə futbolu

“Qarabağ” cəzalandı – azarkeşlərinə görə

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun  futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43