AFFA İntizam Komitəsi (İK) U-15 liqasında çıxış edən “Neftçi” İK İB komandasına texniki məğlubiyyət verib.
İdmanxeber.az xəbər verir ki, buna komandanın diskvalifikasiya olunmuş futbolçusu Orxan Bayramovun “Zirə” ilə matçda start heyətdə meydana çıxması səbəb olub.
Bundan əlavə, İK “Neftçi” İK İB komandasının baş məşqçisi Şahin Şahüseynlinin cəzasını daha 6 oyun artırıb. Mütəxəssis 70-ci dəqiqədə cəzalı olduğu halda texniki zonaya daxil olaraq hakimləri təhqir edib.
Şahüseynli əvvəlki turda “Zirə” ilə qarşılaşmada hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.