“Qəbələ” ilə oyunda önə keçdikdən sonra müdafiədə və hücumda səhv qərarlar verdik. Bunun nəticəsində isə gözləmədiyimiz bir məğlubiyyət aldıq. Komandada özgüvən problemi var. Nəticələrimiz də yaxşı deyil, çempionatı tərk edə bilərik. Bütün bunlar oyunumuza təsir edir. Elitanı tərk etmək qorxusu bizdə çox təzyiq yaradır. Bunun öhdəsindən gəlməliyik”.
Bu sözləri idmanxeber.az saytına “Sumqayıt”ın hücumçusu Vüsal İsgəndərli “Qəbələ” məğlubiyyəti (2:3) barədə danışarkən deyib. 27 yaşlı futbolçu oyundan sonra bütün məsuliyyəti üzrərinə götürən Samir Abasovun komanda ilə söhbət etdiyini də bildirib:
“Bəli, matçdan sonra bizimlə söhbəti oldu. Amma bu barədə çox danışmaq istəmirəm, öz aramızda olan bir şeydir”.
İsgəndərli “Qəbələ” görüşünün sonunda qaçırtdığı epizoddan da söz açıb. O, həmin an komanda yoldanışını görmədiyini bildirib:
“O epizod mənə də pis təsir etdi. Baxanda hamı paxıllıq etdiyimi, özüm vurmaq istədiyimi düşünür. Hazırda bunun əksi olduğuna heç kimi inandıra bilmirəm. Ancaq məsələ odur ki, həmin anda komanda yoldaşımı görməmişdim. Onu görmüş olsaydım, mütləq ötürmə edərdim. İndi xəsislik edəcək vaxt deyil. Mənim üçün qol vurmaq və ya assist etməyin elə də fərqi yoxdur. Komandanın çətin durumunda qazanılan bütün xallar önəmlidir”.
Millimizin sabiq üzvü mövsüm sonu “Sumqayıt”ı tərk edib-etməyəcəyi barədə suala isə belə cavab verib:
“Belə bir çətin durumda şəxsi karyeram barədə danışmaq doğru olmaz. Hazırda tək hədəfimiz “Sumqayıt”ı Premyer Liqada saxlamaqdır”.
Həsən Quluzadə