Dünya futbolu

“Məğlubiyyətlər bəzən faydalı olur” – Karlo Ançelotti

Karlo Ançelotti “Real”ın “Jirona” məğlubiyyəti (2:4) barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının müdafiədəki çıxışından narazı qalıb. O, oyunu belə şərh edib:

“Bizim üçün çətin axşam idi. Müdafiədə pis oyun keçirdik. Bu, məğlubiyyətə səbəb oldu. Bu gün komanda sözün əsl mənasında oynamadı və biz fərdi oyun vasitəsilə vəziyyəti dəyişməyə çalışdıq. Ancaq hər mənada çox aşağı səviyyə idik. 

Məğlubiyyətlər heç vaxt müsbət ola bilməz, lakin bəzən faydalı olur. Müdafiədə etibarlı oyun olmadan qalib gəlmək problemli olacaq. Futbolçular bunu başa düşməsələr, mən hər gün təkrarlayacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43