Ölkə futbolu

“Turan Tovuz”da son durum: qapıçı üçün mövsüm bitdi

“Sabah”la oyunda zədələnən “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədlinin durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, qapıçı zədə səbəbindən mövsümü erkən başa vurub. O, mövsümün geri qalanında forma geyinə bilməyəcək.

Tovuz klubunun digəri zədəli futbolçuları – Şəhriyar Əliyev, Faiq Hacıyev və Runi Eva komanda ilə son məşqdə iştirak ediblər. Baş məşqçi Ayxan Abbasovun şans verəcəyi təqdirdə, futbolçular “Neftçi”yə qarşı matçda meydanda olacaqlar.

Komandanın digər zədəli futbolçusu Roderik Millerin durumu isə bəlli deyil. Onun axşamkı oyunda meydanda olub-olmayacağı sual altındadır. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43