Dünya futbolu

Harri Keyn Bundesliqa nəhənginə keçir

“Tottenhem”in hücumçusu Harri Keyn karyerasını “Bavariya”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə nüfuzlu “Bild” nəşrinin əməkdaşı Kristian Flak açıqlama verib. O bildirib ki, ingiltərəli futbolçu London klubu ilə müqavilə uzatmaq fikrində deyil.

Flak “Tottenhem”in təcrübəli forvardı Premyer Liqa təmsilçilərinə satmaq istəmədiyini və Keynin də artıq kuboklar qazanmaq arzusu onu “Bavariya”ya yaxınlaşdırdığını sözlərinə əlavə edib.

30 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43