Dünya futbolu

“Heç vaxt “Real”da oynamaram”

“Barselona”nın hücumçusu Lamin Yamal yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu gələəck kaeryerası ilə bağlı danışıb. O, bnə vaxtsa “Real”a keçib-keçməyəcəyi suala belə cavab verib:

“Heç vaxt “Real”da oynamaram. Tək hədəfim “Barselona”nı ilə çempionluqlar yaşamaqdı”.

Yamal Kataloniya klubunun yetirməsidi. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Transfermarkt” portalı onun dəyərini 90 milyon avro qiymətləndirir. O, ötən mövsüm klubda 50 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43