Dünya futbolu

Het-trik etdi, Mbappeni keçdi

Farnsa çempionatının 21-ci turunda “Reyms” “Loryen”i 4:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, oyunda 3 qol vuran Folarin Balaqon het-trikə imza atıb. “Reyms”li hücumçu bununla qollarının sayını 14-ə çatdırıb.

21 yaşlı futbolçu Liqa 1-də aktivində 13 qol olan Kilian Mbappeni geridə qoyaraq, bombardirlik yarışında ilk sıraya yüksəlib.

Müqavilə ilə “Arsenal”a məxsus olan oyunçu icarə əsasında “Reyms”də çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43