İdman

Mərakeşdəki turnirə qələbə ilə başladıq

Azərbaycan boksçusu Nəbi İsgəndərov Qızıl kəmər seriyasının Mərakeşdə keçirilən ilk turnirinə qələbə ilə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 67 kq çəkidə mübarizə aparan idmançı 1/8 final mərhələsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib.

Görüş İsgəndərovun 5:0 (30:26, 30:24, 30:24, 30:24, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçu mübarizəyə qoşulacaq. 1/8 finalda Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43