İdman Ölkə futbolu

“Höccət müdafiə xəttimizə çox kömək edəcək” – “Neftçi”nin legioneri

“Höccət millimizin də üzvüdür, müdafiə xəttimizə çox kömək edəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu szöləri “Neftçi”nin futbolçusu Vosilav Stankoviç klubun rəsmi televiziyasına açıqlamasında deyib. 36 yaşlı oyunçu barədə davam edir:

“O, müdafiənin cinahında və mərkəzində çıxış edə bilir. Bu dəyişikliklərin bizə faydası olacaq.

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: “Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. “Sabah”la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43