Media nümayəndələri arasında keçirilən “ I ƏKİNÇİ KUBOKU” mini futbol turniri başa çatıb.
“Azfar Group”un təşkilati dəstəyi, 4çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu ilə jurnalistləri arasında Milli Mətbuatın yaradılmasının 144 illiyinə həsr olunmuş mini-futbol üzrə “I Əkinçi Kuboku” turniri sona çatıb.
12 komadanın iştirakı ilə keçirilən yarış olimpiya sisitemi ilə keçirilib. İyulun 6-sı start götürən turnirdə Azərbaycan televiziyaları, radiolarını, informasiya agentliklərini, qezetləri və xəbər portallarını təmsil edən komandalar mübairizə aparıb. TreMidAz, İki sahil, Real tv, Arb tv, Xəzər JFK, İnternasional, APA, İTV, Idman Azərbaycan, Bakı 2019, Musavat komandaları qalibiyyət uğrunda mübarizə aparıblar. Gərgin keçən ilk oyunlarda növbəti mərhələyə 6 komanda yüksəlib. İki sahil, İnternasional, Bakı 2019, İdman Azərbaycan, İTV və Müsavat qəzeti. Əsas mərhələyə yüksələn “İnternasional”, “İdman Azərbaycan” və “Bakı 2019” medallarən əyyarlarını öz aralarında müəyyən ediblər. 3 komanda qalibi dövriyəvi sisitemdə məlum edib. “Internasional” iki oyunun nəticəsinə görə 3-cü yeri özünə təmin etsədə I və II yerin sahibləri isə “İdman Azərbaycan” və “BAKI 2019” komandalarının qarşılaşmasından sonra bəlli olub.
Gərgin keçən matçın sonunda “BAKI 2019” qalib adını qazanıb.
Komandalar oyundan sonra mükaftalandırılıblar. Turnirin layihə rəhbəri Xəyal İbrahimzadə oyunçulara təşəkkürünü bildirib. Çıxışdan sonra ilk olaraq III yerin sahibləri hədiyyələrini əldə ediblər. Beləki 4 çarx Təkər Mərkəzindən 10 fazilik endirim kartı, Nizami Kino Mərkəzindən isə iki nəfərlik kinoya bilət əldə ediblər. I və II yerin sahibləri isə İrşad Elektroniksdən Honor bandlar və müvafiq olaraq 4 çarxdan 15 və 20 fazilik endirim kartı verilib. Hər komandaya baş sponsor tərəfindən enerji içkiləri hədiyyə edilib. Sonda “BAKI 2019” kapitanına qalibiyyət kuboku təqdim olunub.
Qeyd edək ki, turnirin “ən yaxşı qapıçısı” İdman Azərbayca komandasının qolkiperi Ramiz Mirzəzadə seçilib. Kubokun bombardiri isə Elnur Əşrəfoğlu olub. Digər iştirak edən komandalara təşəkkür elan olunub.
Bidirək ki. “II Əkinçi Kuboku” gələn ilin aprelində keçiriləcək.