Sentyabrın 5-də futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümün püşkü atılacaq. 2013-14 mövsümündə aşağı divizionda 16 klubun iştirakı gözlənilir.
Onlardan 11-i ötən mövsüm iştirak edən klublardı: “Ağsu”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şahdağ”, MOİK, “Bakılı”, “Lokomotiv”, “Şuşa”, “Energetik”, “Göyəzən” və “Şəmkir”.
Daha iki klub son mövsümdə Premyer Liqanı tərk edənlərdi: “Kəpəz” və “Turan”. Üç klub isə yeni yaranıb. Bunlar Naxçıvanın “Araz”, yenidən bərpa olunan Yevlaxın “Karvan” və Bakının “İçərişəhər” klublarıdı.