Bu gün Azərbaycan Birinci Divizionunda yeni mövsümün püşkü atılıb.
2013-14 mövsümündə I divizionda 15 klub iştirak edəcək.
Bu klublardan 11-i ötən mövsüm iştirak edənlərdi: “Ağsu”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şahdağ”, MOİK, “Bakılı”, “Lokomotiv”, “Şuşa”, “Energetik”, “Göyəzən” və “Şəmkir”.
Daha iki klub son mövsümdə Premyer Liqanı tərk edənlərdi: “Kəpəz” və “Turan”.
Naxçıvanın “Araz” və Yevlaxın “Karvan” klubları isə yenidən bərpa olunublar.
Püşkün nəticəsinə görə, ilk turda sözügedən komandalar aşağıdakı şəkildə üz-üzə gələcəklər:
“Ağsu” – “Kəpəz”
“Turan-T” – “Araz”
“Qaradağ-Lökbatan” – “Göyəzən”
“Neftçala – “Karvan”
“Energetik” – “Lokomotiv”
“Şuşa” – “Şahdağ”
MOİK – “Bakılı”