“Avropanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq, Çalışacağıq ki, yaxşı nəticə qazanaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın qolkiperi İbrahim Şehiç “Dnepr”lə matçdan öncə keçirilən mətbuat konfransında deyib:
“Mən “Dnepr”in ötən mövsümki oyunlarına baxmışam. Çalışıram rəqiblərimizin oyunlarına daha çox baxım“.