Kateqoriyasız

İdmana aid hərşey yeni dizaynda – DSport.Az

2013-ci ildən fəaliyyətə başlayan dailysport.az idman portalı brendinə yenilik edib.

Portal öz yeni veb-səhifəsini (dsport.az) və loqosunu ictimaiyyətə təqdim edib.

Yeni veb-səhifə daha geniş informasiya bazasına malik olması ilə əvvəlkindən ( dailysport.az) fərqlənir. Bu veb-səhifə vasitəsilə istifadəçilər dünyada baş verən ən son idman yenilikləri haqqında geniş və ətraflı məlumatlar əldə edə biləcəklər.

Veb-səhifədə idman azarkeşlərinin müzakirəsi üçün forum, oyunlardan əvvəl proqnozlar üçün “bukmaker” bölməsi və reklamlar üçün xüsusi bölmə istifadəyə verilib.

Bununla yanaşı qarşıdan gələn 2015-ci il ilk Avropa Oyunlarına həsr olunmuş “Bakı-2015” adlı yeni bölmə də istifadəçilərə təqdim olunub.

Veb-səhifənin tərtibatında da bir çox yeniliklər tətbiq olunub. Yeni veb-səhifə daha yaradıcı və modern dizaynı və funksionallığı ilə fərqlənir. İstifadə üçün rahat dizayn oxuyucuların lazımi məlumatları asanlıqla tapmasına şərait yaradır. Veb-səhifənin loqosu dəyişdirilib və daha unikal forma alıb.

Əlavə olaraq, veb-səhifədə dsport.az-ın “facebook”, “twitter” və digər sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrinə birbaşa keçidlər də yerləşdirilib.

Qeyd edək ki, dailysport.az vasitəsilə dsport.az veb-səhifəsinə keçid almaq mümkündür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43