Kateqoriyasız

İlham Əliyevdən sərəncam: 200 000 min manat mükafat

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən 16-cı Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən 16-cı Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

– birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat

– ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat

– üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43