"Bakı" klubu İspaniyada qış hazırlıqlarını davam etdirir.
Təmsilçimiz hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirəcək. Paytaxt klubu "La Balona" komandası ilə qarşılaşacaq. İdmanxeber.com-un əldə etdiyi məlumata görə, matçın keçirilmə vaxtı dəyişdirilib. Belə ki, yanvarın 16-da keçirilməyi nəzərdə tutulan oyun 15-ə salınıb. Onu da qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.