“Qalib gəlmək üçün real şansımız da var idi. Oyun ərzində qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin dəyərləndirə bilmədik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Zenyov deyib.
Estoniyalı futbolçu PAOK-la oyunda qazanılan 1 xalı qənaətbəxş sayır:
“Bununla belə, qrup mərhələsinin ilk oyununda 1 xal da pis nəticə deyil. PAOK güclü rəqibdir. Ancaq onlara qarşı oynamaq olar”.