“Qarabağ”ın yaxşı oyunçuları çoxdu. Ancaq zəif yerləri də var. İlk oyunda bunu gördük. Birtərəfli oyun olacğına inanmıram”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Dandolk”un məşqçisi Raudri Hiqqins deyib.
İrlandiyalı mütəxəsis daha sonra sözlərinə belə davam edib:
“İlk oyunda “Qarabağ” erkən qol vurdu və bu onları rahatlatdı. Oyunçularımız ard-arda bir neçə hücumun qarşısını yaxşı şəkildə aldıqdan sonra rəqibin kəsərli hücumları azaldı. Xüsusən də ikinci yarıda əla oyun sərgilədik. Turu keçmək üçün hər şey edəcəyik”.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Qarabağ”- “Dandolk” oyunu saat 21:00-da başlayacaq. İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.