İlkay Gündoğanın “Mançester Siti”də qalmaq fikri yoxdur.
İdmanxeber.az “Diario Sport”a istinadən xəbər verir ki, “şəhərlilər” 32 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmaqdan istəyirlər. Rəhbərlik ona bir illik yeni sözləşmə təklif etsə də, Gündoğan bunu qəbul etməyib.
Təcrübəli futbolçunun “Barselona”ya keçməyə qərar verdiyi güman edlirr. O, bir müddətdir Kataloniya klubunun baş məşqçisi Xavi Hernandeslə danışıq aparır.
La Liqa təmsilçisi oyunçuya iki illik sözləşmə təklif edib. Lakin müqavilənin imzalanması ehtimalı klubun maliyyə vəziyyətindən asılı olacaq.