Dünya futbolu

Messinin atası “Barselona”nın prezidenti ilə görüşəcək

Lionel Messi atası Xorxe Messinin “Barselona” prezidenti Xuan laporta ilə yenidən görüşəcəyi bildirilir.

İdmanxeber.az-ın məlumatına görə, Leo atasından klub rəhbəri ilə görüşməsini istəyib. Futbolçunun özü isə kataloniyalıların baş məşqçisi Xavi ilə əlaqə saxlayır və transferin gerçəkləşmə ehtimalını müzakirə edib. 

“Barselona”da məşçilər heyəti və oyunçuların hamısı Messinin komandaya gəlişinə müsbət yanaşır. 

O, bu mövsüm PSJ-nin heyətində Liqa 1-də 23 oyuna çıxıb və 13 qol vurub. Onun müqaviləsi bu yay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43