Almaniyanın “Ayntraxt” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunu zamanı Bakıda dəstəksiz qalmayacaq. Frankfurt təmsilçisini avqustun 22-də keçiriləcək qarşılaşmada təxminən 500 azarkeşin dəstəkləyəcəyi bildirilir.
“Qarabağ”ın “İmarət” fanklubu “Ayntraxt” tərəfdarlarının rəhbərliyinə məktub göndərib.
Həmin məktubun Azərbaycan dilində olan versiyasını olduğu kimi təqdim edirik: Salam hörmətli həmkar, sizə Avropa Liqasında rəqib düşən “Qarabağ”ın “İmarət” fanklubundan mən Elnur Quliyev yazıram. Püşk bizi rəqib salanda “Ayntraxt”ın ilk növbətə azarkeş potensialı ilə maraqlanmağa başladıq. Gördüklərimiz bizi valeh elədi, futbol adına hər gözəllik var sizin azarkeşlərdə. İlk oyun səfərdədi. Sizdən Azərbaycana gələnlərin olacağını güman edirik. Biz “İmarət” fanklubu olaraq sizə təklif edirik ki, gəlişinizin tarixini bildirəsiz. Sizi Bakıda yüksək səviyyədə qarşılamaq, qonaqpərvərliyimizi nümayiş elədirmək, Bakının görməli-gəzməli yerləriylə tanış eləmək istəyirik. Bu, biz tərəfdən bir ənənədi. “Qarabağ”ın hər Avroliqa çıxışında rəqib azarkeşlərdən bizim ölkəyə gələn olanda onları ilk bizim fanklub qarşılayır və şəhərlə tanış edir, bir süfrədə oturub rəqib yox, opponent azarkeşlər kimi birlikdə vaxt keçiririk. Sizdən Bakıya gələn olsa, mütləq bizə bildirməyinizi xahiş edirik. Sizi burada yüksək səviyyədə qarşılamaqda məmnun olarıq.
Hörmətlə, Elnur Quliyev // “İmarət” Fanklubu.