“Qarabağ”ın azad azarkeş qrupu “Allahverdinin əsgərləri” adlı ilin yekun tədbirini keçirib.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizin öndə gedən qruplarından biri olan “İmarət”in bu tədbirinə komandanın prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, digər klub rəsmiləri və “Qarabağ”ın futbolçuları təşrif buyurmuşdu.
İki saata yaxın davam edən tədbirdə “İmarət”çilər “Qarabağ”ı, “Qarabağ” rəhbərliyi də öz növbəsində azarkeşləri hədiyyələrlə təbrik etdilər.