Az öncə başa çatan "İnter" – AZAL matçından sonra gəriginlik yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, Şüvəlan klubunun vitse-prezidenti matç başa çatandna sonra komandanın paltardəyişmə otağına getmək istəyib. Bu zaman polislər Hüseynovu “razdvalka”ya gedən dəhlizə buraxmayıblar. Bundan sonra gərginlik yaşanıb.
Komandanın baş məşqçisi Tərlan Əhmədov yaranmış duruma sərt reaksiya verərək, AFFA nümayəndəsinin bu məsələyə niyə müdaxilə etmədiyinə görə kəskin etirazını bildirib.