21 Dekabr 2024
Kateqoriyasız

“İnter” avrokuboklardan kənarlaşdırıldı

“Göstərilən zaman elə də kritik məsələ deyil. Əsas odur ki, klub yaşasın. Borcların ödənilməsi ilə bağlı iş gedir. Yalnız UEFA-nın qeyd etdiyi futbolçuların deyil, hamının borclarını qaytarmaq fikrindəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in prezidenti Rəşad Qasımov deyib.

“Bankirlər”in başqanı daha sonra sözlərinə belə davam edib:

“İndi borcu ödəyib, klubu pis vəziyyətdə qoymaqdansa, bir il avrokuboklardan kənar qalmaq daha yaxşıdır. İlk olaraq, avrokuboklara vəsiqə qazanmaq lazımdır. Hələ ki, mövsümün ortasıdır və sona çox var. Təbii ki, qitə yarışlarından kənar qalmaq kluba böyük zərbə olar, amma hazırda əsas məqsəd “İnter”in yaşamasıdır”.

Qeyd edək ki, “İnter” yanvarın 31-dək UEFA-nın göstərdiyi futbolçuların borclarını ödəməsə, 2016-2017 mövsümündə avrokuboklarda iştirakına qadağa qoyulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43