Premyer Liqa

“İnter” – AZAL: Məşqçi fikirləri

Topaz Premyer Liqasının 3-cü turunda “İnter” doğma meydanda AZAL-a 1-2 hesabı ilə məğlub oldu.

İdmanxeber.com sizi oyunsonrası məşqçi fikirləri ilə tanış edir.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Çox danışmağa ehtiyac yoxdur, komandam yaxşı oynadı. Mövsümə məğlubiyyətlə başlasaq da, komanda olduğumuzu sübut etdik”.

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Uşaq səhvləri etdik, bəsit qollar buraxdıq. Qol imkanlarımızdan istifadə edə bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43