Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşləri “facebook”da coşdular: “Lənkərana gəlməyin!”

“Qarabağ” və “Xəzər Lənkəran” klublarının matçından sonra baş vermiş məlum qalmaqaldan sonra cənublu fanatlar Ağdam təmsilçisinin azarkeşlərinə sərt ismarıclar göndərirlər.

İdmanxeber.com-un məlumatına görə, sosial şəbəkələrdə lənkəranlı fanatlar “Qarabağ” azarkeşlərinə Lənkərana gəlməməyi məsləhət görüblər. Əks təqdirdə onlara qarşı olunan hadisələri Lənkəranda cavab olaraq qaytaracaqlarını bildiriblər. 

Biz isə ilk olaraq “İmarət” fan-klubu ilə əlaqə saxladıq. Fan-klubdan saytımıza bildirilib ki, sözügedən dava da “İmarət”in heç bir üzvü iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43