21 Dekabr 2024
Kateqoriyasız

“İnter” cəbhəsindən “Qarabağ”ı sevindirəcək xəbər: Mançini kimləri Bakıya gətirməyəcək?

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda “Qarabağ”ın qonağı olacaq İtaliya “İnter”i paytaxtımıza ikinci heyətlə gəlir.

İdmanxeber.com-un məlumatına görə, Milan klubunun yeni baş məşqçisi Roberto Mançini cəza səbəbindən komandanın aparıcı üzvü Andrea Ranokkiya ilə yanaşı  Samir Handanoviçi, Juan Xesusu, Yan Mvilanı, Yuqo Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirməyəcək. Bakıdakı matçın nəticəsindən asılı olmayaraq F qrupunu lider kimi qapayaraq, növbəti mərhələyə adlayan “İnter” bütün diqqətini “Udineze” ilə matça yönəldib. 

Qısacası Mançini onlar üçün əhəmiyyət kəsb etməyən matç üçün Azərbaycana ikinci qüvvə ilə gəlməyi planlaşdırır. 

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu ekabrın 11-də keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43