Topaz Premyer Liqası 17-ci turu çərçivəsində keçirilən və hazırda davam edən "İnter" – "Sumqayıt" matçında gərgin anlar yaşanır.
İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, qonaq komandanın baş məşqçisi Samir Abbasov oyunu idarə edən hakimə öz etirazını bildirib.
Bunu bir qədər sərt edən çalışdırıcıya futbolçular da qoşulub. Komandanın rəsmiləri Samir Abbasovun qarşısını aldılar.