Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 21-ci tura start verilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Neftçi” evdə “Xəzər Lənkəran”a 3:0, AZAL isə “İnter”ə 1:0 hesabı ilə qalib gəlib.
12 fevral
“Neftçi” – “Xəzər Lənkəran” – 3:0
Qollar: Bilal Qənbərov, 54 (1:0), Ərziman Rizvanov, 58 (2:0), Sənan Əbilov, 80 (3:0)
AZAL – “İnter” – 1:0
Qol: Tərlan Xəlilov, 38 (1:0)