Paytaxtın “İnter” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Klub rəsmisi komandanın aparıcı üzvlərindən olan Matiya Şpiçiçin məşqdə topuğundan zədələndiyini və hazırlığı yarımçıq dayandırdığını bildirib.
Müayinədən sonra Şpiçiçin ən yaxşı halda 1 ay sonra məşqlərə başlaya biləcəyi bildirilib. Hazırda futbolçu əsayla gəzir.