Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin cütlükləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, püşk Premyer Liqamızın gümüş medalçısı "İnter"ə Moldovanın "Tiraspol" klubu rəqib oldu.
Tiraspol klubu 1991-ci ildə yaranıb. İlk yarandığında adı "Konstruktorul Kişinyov" olub. 2002-ci ildə ildə isə klubun adı "Tiraspol" olaraq yenidən dəyişidirilib.
Hal-hazırda klub Moldova Premyer Liqasında mübarizə aparır və oyunlarını 13.300 tamaşaçı tutumu olan "Şerif" idman kompleksində keçirdir.
UEFA reytinqində 378-ci yerdə qərarlaşan klub ilk titulunu 1995-96 mövsümündə qazanıb. Moldova kubokunun finalında "Tiliqul"a 2-1 hesabı ilə qalib gəlib və kuboka yiyələnib.
1996-97 mövsümündə isə "Tiraspol" o vaxtki "Konstruktorul" Moldova çempionu adını qazanıb. Həmin ildə 26 oyunda qalib gələn komanda 2-ci yerdəki "Zimbru" kklubundan 11 xal öndə bitirib çempionatı.
Çempionluq komandaya ölkəsini tarixində ilk dəfə "Çempionlar Liqasında" təmsil etməyə şans yaratdı. İlk mərhələdə Belarusun "Slaviya-Mozır" komandası ilə qarşılaşan moldovalılar iki oyunun sonunda mübarizədən 3:4 məğlub ayrılıb, mübarizəni dayandırdılar.
Bir dəfə ölkə çempionu olan k"Tiraspol", 3 dəfə isə Moldova kubokunun qalibi olub (1995-96,1999-00,2012-13).
Hazırda klubun baş məşqçisi Vlad Qoandı. "Tiraspol"un prezidenti isə Vikto Tulbidi.
"Tiraspol" qırmızı-göy formada mübarizə aparır.
Kənan