22 Dekabr 2024
Ölkə futbolu

“İnter”in 200, Kaxaber Sxadadzenin 100-cü qələbəsi

Topaz Premyer Liqasının 30-cu turunun “Neftçi” ilə oyunundakı 2:1 hesablı qələbə “İnter” üçün əlamətdar olub. 

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu Azərbaycan çempionatları tarixində 200-cü qələbəsini qazanıb.
 
Güclülər dəstəsində 1999-cu ildən “Xəzər Universiteti”, daha sonra “İnter” adı altında qatıldığı çempionatlarda keçirdiyi 387 matçda 92 dəfə heç-heçə edən və 95 dəfə məğlub olan “İnter” texniki nəticələr top fərqində nəzərə alınmamaqla, bu oyunlarda 521 qol vurub və 329-nu buraxıb.

Mövsüm

O

Q

H

M

T/F

X

1999/2000

22

5

3

14

19-41

18

2000/01

20

9

2

9

23-38

29

2001/02

25

11

4

10

31-27

37

2003/04

26

15

6

5

37-16

51

2004/05

34

19

9

6

41-24

66

2005/06

26

14

8

4

35-14

50

2006/07

24

13

6

5

36-12

45

2007/08

26

18

4

4

55-18

58

2008/09

26

18

7

1

54-16

61

2009/10

32

17

10

5

47-27

61

2010/11

32

13

10

9

29-24

49

2011/12

32

16

8

8

29-18

56

2012/13

32

16

9

7

38-22

57

2013/14

30

16

6

8

47-32

54

Cəmi

387

200

92

95

521-329

692

“İnter” Azərbaycan çempionatlarında 200 və daha çox qələbə qazanan 6-cı komanda olub. Bakılılar bu göstəricidə “Neftçi” (373), “Qarabağ” (328), “Turan” (250), “Kəpəz” (238) və “Bakı”dan (212) geri qalır.
 
“İnter”in 200-cü qələbəsi baş məşqçi Kaxaber Sxadadzenin bu komandanın “sükanı arxasında” 100-cü qalibiyyəti olub. Bütün turnirlərdə üst-üstə 199 matçda komandaya rəhbərlik edən mütəxəssis 100-cü dəfə yetirmələrinin sevinməsinə şahid olub. Növbəti turun “Bakı” ilə oyunu Kaxaber Sxadadze üçün “İnter”in sükanı arxasında 200-cü qarşılaşma olacaq.

Turnir

O

Q

H

M

T/F

X

Çempionat

158

78

43

37

190-126

277

Kubok

23

12

9

2

39-16

45

Birlik kuboku

6

5

1

0

16-0

16

Avrokubok

12

5

3

4

16-11

18

Cəmi

199

100

56

43

261-153

356



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43