“Birinci hissədə “yatdıq”, özü də uzun müddət “yatdıq”. İkinci yarıda daha yaxşı oynadıq. Epizodlarımız oldu, ancaq fərqlənə bilmədik. “Qarabağ” yaxşı komandadı, oyunun çətin keçəcəyi bəlli idi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
“Qarabağ” məğlubiyyətindən danışan təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:
“Penalti epizodunda Lomayanın topa oynadığını gördüm. Dəqiq fikir söyləmək üçün epizodun videoyazısına baxaq. Oyundan sonra paltardəyişmə otağında xüsusi söhbətimiz olmadı, sadəcə uşaqlar dedilər ki, bizim günahımız yoxdur”.