Ölkə futbolu

“İnter”in futbolçuları azarkeşlərlə görüşdülər – VİDEO

İki gün əvvəl “Şəfa” stadionun ərazisində yerləşən “İnter” kafesində komandanın futbolçularıyla azarkeşlər arasında görüş keçirildi.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, görüşdə Vaqif Cavadov, Ruslan Əmircanov, Asif Məmmədov,Aleksandr İaşvili, Giorgi Lomaya, Slavço Georgiyevski və Bryus Abdulaye iştirak etdilər. Azarkeşlərlə söhbətdə futbolçular göstərilən dəstəyə görə təşəkkür etdilər və növbəti matçlarda uğursuzluq seriyasına son qoyacaqlarına söz verdilər.

“İnter” Azarkeş Klubunun rəhbəri Ruslan Muradov bildirdi ki, azarkeşlər komandaya inanırlar və “İnter”i bundan sonra da dəstəkləyəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43