Dünya futbolu

“Real” şokda: “Qalatasaray”la oyunöncəsi iki futbolçu sıradan çıxdı

İspaniyanın “Real” klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsndə “Qalatasaray”la oynayacaqları oyun öncəsi ciddi itki ilə üzləşib.

Kral klubunun gənc futbolçusu İsko İspaniya millisinin təlim məşq toplanışında zədələnib. Onun iki həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

İspan təmsilçisinin digər itkisi isə Marselodur. O isə Braziliya millisinin Avstriya ilə oynadığı yoldaşlıq matçında zədələnib.

Xatırladaq ki, “Qalataray” – “Real Madrid” oyunu 17 sentyabrda “Türk Telekom Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43