Bakı “İnter”inin düşərgəsində olan futbolçunun adını dəqiqləşdirə bilmişik.
İdmanxeber.com-un etibarlı mənəbdən əldə etdiyi məlumata görə, Bank klubunun təlim-məşq toplantısına qatılan bolqar futbolçu İvaylo Dmitrovdu.
Bolqarıstanın ikinci liqa klublarındna olan “Dobridza Dobriç” klubunun şərəfini qoruyan Dmitrov bu komandada meydana çıxdığı 56 oyunda 18 qol vurub. 25 yaşlı forvard hazırda baxışdadı və Sxadadze onunla bağlı qərarını bugün axşam və ya sabah açıqlayacaq.
Qeyd edək ki, Dmitorv bundan öncə ÇSKA (Sofia), “Sportis Svoge”, “Akademik Sofia), “Svetkavitsa Tarqoviste”, “Etar 1924” və “Nesebar” klublarının şərəfini qoruyub.