27 Dekabr 2024
İdman Kateqoriyasız

İraq İslamiadada iştirakdan imtina etdi

İraq Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarında iştirakdan imtina edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə İraq Milli Olimpiya Komitəsi açıqlama yayıb. Açıqlamada, İraqın Kürdüstan regionundakı Zaxo şəhərinə edilən hücum zamanı mülki şəxslərin ölməsi və bu qərarın həmin silahlı hücuma protest olaraq qəbul edildiyi bildirilib.

20 iyulda baş tutan silahlı hücumda aralarında uşaqlar da olmaqla azı 9 nəfər həyatını itirib, 23 nəfər yaralanıb. Türkiyə tərəfi bu hücumun məsuliyyətinin PKK terror qrupuna aid olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43