Kateqoriyasız

“Qarabağ”la oyunda böyük motivasiyamız olacaq” – “Sürix”in tanınmış futbolçusu

“Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq hər futbolçunun arzusudur. Komandamızda burada oynamamış çox oyunçu var. Hər birimizin xəyalı irəliləməkdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix”in futbolçusu Blerim Cemayli deyib.

Yerli mətbuata danışan isveçrəli futbolçu sözlərinə belə davam edib:

“Qarabağ”la cavab oyunu fərqli olacaq. Evimizdə oynayacağıq və böyük motivasiyamız olacaq”.

“Qarabağ” ilk oyunda İsveçrə çempionunu 3:2 hesabıyla məğlub edib. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43