“Mançester Siti”nin sabiq hücumçusu Keleçi İheanaço “Sevilya” ilə azad agent kimi müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə İspaniya klubunun sosial şəbəkə hesabından paylaşım edilib. İyulun əvvəlində İheanaçonun 2017-ci ildən çıxış etdiyi “Lester”lə müqaviləsi başa çatıb.
O, “tülkülər” üçün 232 oyun keçirib, 61 qol vurub və 34 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.