08 Sentyabr 2024
Dünya futbolu

İspaniya mətbuatından flaş iddia: Ronaldo “Qızıl top”dan imtina etdi

Madrid "Real"ın ulduz futbolçusu Ronaldo "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

İspaniya mətbuatının yaydığı xəbərə görə, bu mükafata əsas namizədlərdən biri sayılan forvard FİFA prezidenti Blatterə görə bu tədbirə qatılmayacaq. Çünki qurumun prezdenti Ronaldo haqda bir müddət əvvəl qıcıqlandırıcı fikirlər səsləndirmişdi. 

Blatter üzr istəsə də, görünür Ronaldonun hirsi soyumayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43