“Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Qarabağ”ln futbolmusu Qaspar Panadero sosial şəbəkə hesabından yazıb. 26 yaşlı yarımmüdafiəçi az şans qazandığını deyib:
“Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
“Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb.