Milli komanda

İsrailli futbolçu darmadağın dedi: “… hər kəsi xoşbəxt edə biləcəyik”

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq İsrail yığmasının futbolçusu Elyaniv Barda oyun öncəsi fikirlərini açıqlayıb.

“Hapoel” (Be’er Şeva) klubunun futbolçusu millimizlə oyunda böyükhesablı qələbəyə ümid etdiklərini bildirib: 

“Azərbaycanla oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu görüşdə qələbədən başqa seçimimiz yoxdur. Azərbaycanla oyunda böyükhesablı qələbəyə ümid edirik. Lakin rəqib də futbol oynamağa çalışır. İlk oyunda onlar bizə çətin anlar yaşatmışdılar. Lakin azarkeşlərimizin bu işdə bizə yardım edəcəklərinə inanıram. Ümid edirəm ki, bizi dəstəkləməyə gələn hər kəsi xoşbəxt edə biləcəyik”.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43