“Yuventus” və “İnter”in sabiq futbolçusu Salvatore Skilaççi 59 yaşında vəfat edib.
İdmanxeber.az-ın məlumatına görə, veteran oyunçu bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Skilaççi 1990-cı ildə keçirilmiş dünya çempionatını 6 qolla bombardir kimi başa vuraraq “Qızıl buts” mükafatına layiq görülmüşdü.