Sabah milli komandamızla qarşılaşacaq İtaliya iki futbolçusunun xidmətindən məhrum olacaq.
İdmanxeber.com-un məlumatına görə, Antonio Konte millimizlə oyunda Pablo Osvaldo və Tiaqo Mottanın xidmətindən yararlana bilməyəcək.
Hər iki futbolçu zədə səbəbindən sabahkı oyunu buraxacaq. Artıq futbolçular millinin düşərgəsini də tərk edib.