Uruqvaya uduzaraq dünya çempionatında mübarizəni elə qrup mərhələsində dayandıran İtaliya millisinin baş məşqçisi Çezare Prandelli istefa verdiyini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında istefa verdiyini açıqlayaraq, bunları dedi:
"Dörd ildir ki, bura gəlmək üçün çalışırdıq. Bir qırmızı vərəqə hər şeyi dəyişdi".
Qeyd edək ki, İtaliya Futbol Federasiyası Prandelli ilə müqavilənin müddətini 2016-cı ilə kimi uzatmışdı.