“Yuventus”un futbolçusi Federiko Kyeza karyerasını İngiltərədə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, italiyali futbolçu “Liverpul”la anlaşıb. Tərəflər arasında razılıq əldə olunub.
İngiltərə təmsilçisi Kyeza ilə 4 illik müqavilə imzalayacaq. Bu keçid qarşılığında “Liverpul” “Yuve”yə 12 milyon avro ödəyəcək.