05 Oktyabr 2024
Dünya futbolu

İtaliyalı “Mançester Yunayted”ə “yox” dedi

“Mançester Yunayted” baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “İnter”in baş məşqçisi İnzaqini komandaya gətirmək istəyib. Ancaq italiyalı bu təklifə “yox” cavabını verib.

İngiltərə mətbuatı yazır ki, “qırmızı şeytanlar” məşqçi axtarışlarını davam etdirir. Rəhbərlik artıq Erik ten Haqla yola davam etmək niyyətində deyil.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43