Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə “Qarabağ”ın APOEL üzərindəki qələbəsindən sonra Nikosiya klubunda baş məşqçi Paolo Trametsaninin komandadan göndəriləcəyi ilə bağlı Kipr mətbuatında xəbərlər dolaşır.
İdmanxeber.az-ın məlumatına görə, əgər APOEL Bakıdakı oyunda sərfəli nəticə qazana bilməyəcəyi təqdirdə komanda yoluna Avroliqada davam edəcək. Bu isə APOEL rəhbərliyini qane etmir. Komandanın prezidenti Prodromoz Petrides “Qarabağ”la oyunda yaşanan uğursuzluğa göz yummaq fikrində deyil.
Məhz buna görə də, komanda Bakıda sərfəli nəticə qazana bilməsə Paolo Trametsaninin komandada qalması da sual altına düşəcək.