İtaliya yığması növbəti itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın seçmə mərhələsində bu gün millimizlə qarşılaşacaq olan İtalya yığmasının futbolçusu Marko Verratti də Sıradan çıxıb. Bunu İtaliya milli komandasının həkimi Enrike Kastellatsi təsdiq edib. Səbəb kimi isə futbolçunun zədəsinin hələ tam sağalmadığını deyib.